Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın 1-dən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 2-dən 4-ə çatdırılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, əlavə reyslərin təşkili ilə marşrut üzrə qatarların hərəkət cədvəli də yenilənəcək.