Parisdə həftəsonu komendant saatı tətbiq ediləcək
Fransanın paytaxtı Parisdə həftəsonu planlaşdırılan kütləvi etiraz aksiyaları ilə əlaqədar iki ərazidə komendant saatı tətbiq ediləcək. Bu barədə BFMTV telekanalı məlumat yayıb. Məhdudiyyətlər yerli vaxtla saat 23:00-dan 06:00-dək Respublika meydanı və Şatle - Le-Al məhəlləsində qüvvədə olacaq.