Mərmi zavodunda partlayış olub
İspaniyanın Əndəlüs bölgəsinin Qranada şəhərində sursat istehsalı zavodunda güclü partlayış baş verib. Day.Az xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat yayıb. Partlayışla bağlı məlumat yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:00) El-Farqe rayonunda yerləşən təcili yardım xidmətlərinə daxil olub.