Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - 4 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. Day.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.