Türkiyədə qaya uçqunu: Ölən və yaralananların sayı artdı
Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində "pəri bacası" adlanan qaya formasiyasının çökməsi nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 5-ə çatıb. "TRT Haber"in məlumatına görə, hadisə Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində baş verib.