Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib
Hərbi Hava Qüvvələri komandanının müavini - Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.