İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. Day.Az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur. İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.