Bakıda külək əsəcək, bölgələrdə yağış yağacaq
Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 21 dərəcəyədək yüksələcək. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.