Bu qidalar beyin damarlarına zərər verə bilər
Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. Milli.Az xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş arası təxminən 9 min insanın məlumatları təhlil edilib.