Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 26-da Azərbaycanın bəzi ərazilərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.