Salyanda fərdi yaşayış evinə ildırım düşüb
Salyan rayonunda ildırım düşməsi nəticəsində fərdi yaşayış evində yanğın baş verib. AZƏRTAC xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində Maarif Məmmədova məxsus evdə qeydə alınıb. Ev sahibinin sözlərinə görə, səhər saat 5 radələrində evə ildırım düşüb. Bundan sonra isə yanğın başlayıb. Alov qısa müddətdə güclənib.