Husilər Ər-Riyad aeroportunu hərbi hədəf elan edib
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Sarea Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf adlandıraraq, aviaşirkətlərə bu aeroportdan istifadə etməyin təhlükəli olduğu barədə xəbərdarlıq edib.