Gəncədə 49 yaşlı kişi bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1977-ci il təvəllüdlü R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.