Azərbaycanda bəbirlərin ən çox yaşadığı ərazi bəlli oldu
2007-ci ildən indiyədək kameralar vasitəsilə aparılan tədqiqatlar nəticəsində Azərbaycanda 49 bəbir qeydə alınıb. Onlardan 17-si bala olub. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Zoologiya İnstitutundan bildirilib. Qeyd olunub ki, qeydə alınan bəbirlərin hamısı eyni vaxtda Azərbaycan ərazisində yaşamayıb.