Sürücülər çaş-baş qaldı: Bu yolda necə hərəkət etmək lazımdır?
Bakının Zərifə Əliyeva küçəsində sağa dönmə işarəsi olan hissədə qırıq-qırıq xətlərin az olması vətəndaşlar arasında çaşqınlıq yaradıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. İddia olunur ki, qırıq xətlər az çəkildiyindən avtomobillərə sağa rahat dönməyə imkan yaranmır.