Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər
Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Toprak Partiyasının sədri Ömer Ulutaş Azərbaycanda "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.