Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
24-25 oktyabrda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Day.Az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.