Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib
Oktyabrın 19-da Aşqabadda, Mahtumquli adına Milli Musiqili-Dram Teatrında Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konserti izləyib. Gecədə Türkmənistan və Azərbaycan musiqilərindən parçalar səsləndirilib.