Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu barədə Day.Az-a AYNA-dan məlumat verilib.