Azərbaycan Qazaxıstandan bu qədər buğda ixrac edib
Azərbaycan bu il Qazaxıstanın ən çox buğda ixrac etdiyi üçüncü ölkədir. "Kazinform" agentliyinin məlumatına görə, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Ümumdünya Çörək Günü münasibətilə yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, Qazaxıstanın ümumu buğda ixracında Azərbaycanın payı 8 faiz (652 min ton ) təşkil edir.