Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncam Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə imzalanıb.