Bank sektoru Azərbaycanın maliyyə aktivlərinin 94%-ni təşkil edir
Azərbaycanın maliyyə sektorunun 94%-i bank sektorunun payına düşür. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.