Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə Day.Az-a ADY-dən məlumat verilib. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.