Vahid məktəbli forması ilə dövlətimiz bizi doğru yola aparır
Vahid məktəbli forması ilə bağlı verilən qərar bütün uyğunsuzluqları, bərabərsizlikləri aradan qaldırmaq üçün atılan addımdır. Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Xalq artisti, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. O qeyd edib ki, məktəb düşüncə yeridir.