Bakının 90 küçə və prospektində təmir yekunlaşıb
Bakının 12 inzibati rayonunu əhatə edən təmir proqramı çərçivəsində 90 küçə və prospektdə işlər yekunlaşdırılıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram üzrə nəzərdə tutulan işlərin 82 faizi tamamlanıb.