İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kiloqram 965 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Day.Az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.