Qatar relsdən çıxdı
Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində azı beş nəfər həlak olub, 30 nəfər yaralanıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb. Bildirilib ki, Karaçidən Peşəvərə hərəkət edən "Rehman Baba Express" qatarının 14 vaqonunun hamısı relsdən çıxıb.