Bakıda Türk dövlətlərinin fintex sektorunun nümayəndələri bir araya gəlir
Oktyabrın 13-də Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Türk dövlətlərinin maliyyə və maliyyə texnologiyaları (fintex) sektorunun aparıcı nümayəndələri iştirak edirlər.