Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
Avropa İttifaqı (Aİ) Çindən hibrid avtomobillərin idxalına illik 350 min ədəd həcmində məhdudiyyət tətbiq etməyi planlaşdırır. AZƏRTAC "Tagesschau" xəbər xidmətinə istinadla bildirir ki, ilk il üçün nəzərdə tutulan kvota sonrakı illərdə 6 faiz artırılacaq, 4 ildən sonra isə məhdudiyyət qüvvədən düşəcək.