Roma Papası əməliyyat olunacaq
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun ağciyərində kiçik kütlə aşkarlanıb. 71 yaşlı pontifikin yaxın günlərdə cərrahi əməliyyat keçirəcəyi bildirilib. Day.Az xəbər verir ki, Papa XIV Leo bunu Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasından sonra etdiyi çıxışda deyib.