Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb
Polşanın Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa elektron kanallar vasitəsilə təhdidlər ünvanlayan şəxs saxlanılıb. Bu barədə Donald Tusk "X" sosial şəbəkə hesabında bildirib. O yazıb: "İşlənə biləcək sui-qəsdlə bağlı təhdidlər səsləndirən şəxs saxlanılıb".