Tovuzda 57 yaşlı qadın dəm qazından boğularaq ölüb
Tovuzda ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.