Goranboyda həkim dərmandan zəhərləndi
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhərində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.