Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
Qazaxda kişi meyiti tapılıb. APA-nın məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.