İtkin kimi axtarılan 8 nəfər tapıldı
Oktyabrın 9-da polis əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarışı aparılan 8 nəfərin yeri müəyyən edilərək tapılıb. Day.Az xəbər verir ki, həmin şəxslərin ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub. Onlar aidiyyəti üzrə təhvil veriliblər.