Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
Oktyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazilriyi məlumat yayıb.