Sürüşmə baş vermiş Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, intensiv yağıntılar və sel sularının təsiri nəticəsində sürüşmənin baş verdiyi Altıağac-Xızı avtomobil yolunun 17-ci km-də bərpa və möhkəmləndirmə işləri həyata keçirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilib.