Prezident İlham Əliyevin Berlinə səfəri yeni strateji gündəliyin ümidverici başlanğıcı oldu
Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri Azərbaycan və Almaniya arasında yeni strateji gündəliyin həyata keçirilməsi üçün ümidverici başlanğıc olub. Trend-in müxbiri xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə bildirib.