Kimlər pulsuz hüquqi yardım ala biləcək?
Pulsuz hüquqi yardım göstərilən şəxslər müəyyənləşir. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilmiş "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsində əksini tapıb.