Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb
Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" filmi Avropanın nüfuzlu kino platformalarından biri olan "NNW" Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Polşanın Qdınya şəhərində keçirilən 18-ci festivalda dünyanın müxtəlif ölkələrindən seçilmiş 60 ekran əsəri nümayiş olunub.