Quba–Xınalıq yolunda yenidən sürüşmə olub, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq sürüşməsi qeydə alınıb. Torpaq kütləsi və iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bunun nəticəsində Xınalıq istiqamətində yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.