Xocalının üç kəndində su təchizatı yaxşılaşdırılacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Xocalı rayonunun Mehdibəyli, Almalı və Kosalar kəndlərinin su təchizatının tikintisi işlərinin satın alınması ilə bağlı tender elan edib. Prosedurda iştirak haqqı 1 500 manatdır.