"Spotify" və “TikTok" Azərbaycanda vergi ödəyəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Dövlət Vergi Xidmətindən Day.Az-a verilən məlumta görə, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB" və Sinqapurun "TikTok Pte. Ltd." şirkətləridir.