Prezident İlham Əliyev: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.