26 yaşlı gənc öldürüldü
Bərdə rayonunda qətl hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində rayonun Mollaəhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini, 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqlayaraq öldürüb.