Hörmüz boğazında ticarət gəmisinə hücum olub
Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalıb. Day.Az xəbər verir ki , bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Bildirilib ki, gəmi naməlum mərmi ilə vurulub. İnsidentdən sonra gəminin göyərtəsində yanğın baş verib.