Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır
27 sentyabr tarixində saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.