Kəlbəcərdə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi Kəlbəcər şəhərində bir dəqiqəlik sükutla yad olunub. Anım Günü ilə əlaqədar Kəlbəcər şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.