Qaxda “Şəhidlər qalası” ucaldılıb
Qax rayonunun Qaşqaçay kəndində şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhidlər qalası" ucaldılıb. AZƏRTAC xəbər verir ki, "Şəhidlər qalası"nın açılışı orkestrin ifası ilə başlayıb. Azərbaycan Bayrağı qalanın qüllələrində dalğalandırılıb. Sonra Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.