Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib
Artıq 10 ildir ki, ölkəmiz dünyanın ən nüfuzlu yarışlarından biri olan Formula 1 Dünya Çempionatının mərhələsinə uğurla ev sahibliyi edir. Bu möhtəşəm turnir hər il olduğu kimi, bu il də həm xarici qonaqlarımızın, həm də yerli vətəndaşlarımızın böyük marağına səbəb olub.